2 iyul 2022-ci il tarixində Vətən Müharibəsi şəhidi Tagiyev Ruslan Fuad oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış baralyefinin açılış mərasimi baş tutdu.
2 iyul 2022-ci il tarixində Vətən müharibəsi şəhidi Tagiyev Ruslan Fuad oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış baralyefinin açılış mərasimi baş tutdu.
Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən üharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin böyük məsləhətçisi Fizuli Mehrabzadə, YAP Binəqədi Rayon Təşkilatının məsul əməkdaşı Kübra Əliyarlı, rayon ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak etdi.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Vətən müharibəsi şəhidi polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlunun timsalında bütün şəhidlərimizin göstərdiyi qəhrəmanlala bu gün bütün Azərbaycan xalqının qürur hissi keçirdiyini, onların əziz xatirəsinin hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etdi.
Çıxış edən şəhidin valideyni Fuad Tağıyev şəhid haqqında xatirələrini bölüşdü, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.
Sonda barelyefin açılış mərasimi baş tutdu, abidənin önünə gül dəstələri qoyuldu.