Şriftin ölçüsü :

Saytın rəngi :

20 aprel 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

20 aprel 2023 | 15:47

20 aprel 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospekti 60 saylı binanın kanalizasiya borusunun təmir edilməsi, Ə.Naxçıvani 4 saylı binanın qarşısında və C.Hacıbəyli küçəsi 64 saylı binanın qarşısında abadlıq işlərinin görülməsi, Ə.Naxçıvani 3 saylı binada liftin yenisi ilə əvəz olunması, 102 saylı məktəbin həyətyanı sahəsinin işıqlandırılması, Ş.Məmmədova 11 saylı binanın həyətində olan söhbətgahın təmir olunması, vətəndaşın nəvəsinin bağçaya qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər