Şriftin ölçüsü :

Saytın rəngi :

20 fevral 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

22 fevral 2025 | 07:39

20 fevral 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Mir Cəlal küçəsi 141 ünvanında binanın zirzəmisində su axıntısının qarşısının alınması, Adil Məmmədov və Mir Cəlal küçələrinin kəşisməsində küçə işıqlarının quraşdırılması, Mir Cəlal küçəsi 49 ünvanında su axıntısının qarşısının alınması və  “AzərSu” ASC tərəfindən qazılmış asfalt örtüyünün bərpası, Mir Cəlal küçəsi 23 və 25 saylı binaların yan hissələrində tut ağaclarının budanması, Svetlana Məmmədova küçəsi 209 ünvanında ağacın budanması, Üzeyir Hacıbəyov  küçəsi 2/10 ünvanında binanın zirzəmisindən suyun çəkilməsi, Mir Cəlal küçəsi 29 ünvanında ağacın budanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər