Şriftin ölçüsü :

Saytın rəngi :

20 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

21 iyul 2023 | 15:37

20 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi şosesi, II döngəyə 300 metrlik kanalizasiya xəttinin çəkilməsi, R.İsmayılov küçəsi, 1 saylı binanın qarşısında ağacların əhənglənməsi və oturacaqların rənglənməsi, Binəqədi yolu, 10-cu döngədə küçənin işıqlandırılması, Qarabağ küçəsində fərdi yaşayış evlərinin dam örtüyünün üzərindən keçən təhlükəli elektrik xəttlərinin dəyişdirilməsi, Ə.Qasımov küçəsi ilə Füzuli küçəsini birləşdirən tunelin divarlarının yuyularaq təmizlənməsi, X.Məlikaslanov küçəsi, 6-cı döngədə 100 metr uzunluqda olan kanlizasiya xəttinin yuyulması, T.Yaqubov küçəsi, 8 saylı binanın həyətində mövcud olan qurumuş ağacların kəsilməsi, R.İsmayılov küçəsi ilə Natəvan küçəsində sahibsiz küçə heyvanlarının yığışdırılması, M.Mikayılov küçəsi 11 saylı binanın mühafizə kameralarının qarşısını kəsən ağacların budaqlarının budanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər