Şriftin ölçüsü :

Saytın rəngi :

20 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

21 noyabr 2023 | 16:02

20 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 8-ci mikrorayon Ş.Məmmədova küçəsi 7 saylı binanın 2-ci girişinin qarşısında söhbətgahın quraşdırılması, Ş.Məmmədova və C.Xəndan küçələrində köhnə işıq dirəklərinin yenisi ilə əvəz olunması, N.Nərimanov küçəsi 23a və 71 saylı binaların arasında yerləşən qurumuş ağacların götürülməsi və ya budanması, N.Nərimanov küçəsi 81 saylı binanın qarşısında qurumuş ağacın  kəsilməsi, A.Kunanbayev küçəsi 20 saylı binanın navalçalarının təmir edilməsi, Ş.Məmmədova küçəsi 7 saylı binanın qarşısında qurumuş ağacların götürülməsi və navalçaların təmir edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər