20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Biləcəri qəsəbəsində yerləşən “Güllə yağışı” abidəsi ziyarət edildi.
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Biləcəri qəsəbəsində yerləşən "20 Yanvar" şəhidlərinin xatirə parkında ucaldılmış “Güllə yağışı” abidəsi ziyarət edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri- Sevinc Süleymanova və Hacıbaba Babayev, RİH başçısı Aparatının şöbə, sektor müdirləri, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, “20 Yanvar Cəmiyyəti”nin üzvləri və rayon ictimaiyyətinin iştirak etdiyi anım mərasimində “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyularaq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edildi.