Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar xalqımız Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdi

20 yanvar 2023 | 18:54

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar xalqımız Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri-Sevinc Süleymanova və Hacıbaba Babayev, RİH başçısı Aparatının şöbə, sektor müdirləri, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, Mənzil- Kommunal Təsərrüfat Birliyinin, bələdiyyə rəhbərlərinin və gənclərin iştirak etdiyi anım mərasimində 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri qoyuldu və xalqımızın azadlığı yolunda canlarından keçən Vətən övladlarının xatirəsi ehtiramla yad edildi.

 

Keçidlər