Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi

21 yanvar 2025 | 10:36

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin kollektivinin iştirak etdiyi anım tədbirində 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri qoyuldu və xalqımızın azadlığı yolunda canlarından keçən 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edildi.

Allah ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!

Keçidlər