Uşaqlar arasında “Binəqədi bugün” adlı rəsm müsabiqəsi keçirildi
25 may 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 01 iyun – Uşaqların Beynəlxalq Müdafiə günü ilə əlaqədar Azadlıq prospekti 20/22 saylı binaların həyətində yerləşən parkda uşaqlar arasında “Binəqədi bugün” adlı rəsm müsabiqəsi keçirildi.
Müsabiqədə Azadlıq prospekti 20/22 saylı binada yaşayan uşaqlar iştirak edirdi. Şən musiqi sədaları altında baş tutan müsabiqədə iştirak edən gənc rəssamlar böyük həvəslə son bir il ərzində rayon ərazisində görülmüş quruculuq-abadlıq işlərini təsvir edirdilər.
Müsabiqədə birinci, ikinci və üçüncü yer tutmuş uşaqlar Rayon İcra Hakimiyyətinin tərəfindən mükafatlandırıldılar.
Keçirilmiş müsabiqənin rayonun digər yerlərində davam etdirilməsi nəzərdə tutulur.