Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti iməciliklər və ağacəkmə aksiyaları davam edir

11 noyabr 2017 | 11:00
Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti iməciliklər və ağacəkmə aksiyaları keçirilib. 
Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Bu aksiyanın Binəqədi rayonunda geniş şəkildə keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli 202 saylı sərəncamı imzalanmışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq aksiyalar rayon ərazisində davam etdirilir.
Belə ki, 11 noyabr 2017-ci il tarixdə Binəqədi rayonu 3, 83 və 126 nömrəli tam orta məktəblərdə  gül, bəzək kolları və ağaclar əkildi. Aksiyada məktəblərin müəllim və şagird kollektivi ilə yanaşı Binəqədi bələdiyyəsinin də kollektivi fəal iştirak etdilər.  Aksiya zamanı ümumilikdə 700-dən çox gül və ağac əkildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər