Binəqədi rayonunda 12 noyabr - Konstitusiya Günü ilə bağlı tədbir keçirildi
10 noyabr 2017 | 11:00
10 noyabr 2017-ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyinin akt zalında 12 noyabr - Konstitusiya günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və “İdrak” liseyinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov, “İdrak” liseyinin direktoru Natəvan Alışova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ictimaiyyəti, rayonun fəal gəncləri və rayon ümumtəhsil məktəblərinin tarix müəllimləri iştirak etdilər.
Tədbir sərginin nümayişi ilə başladı.
Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi və tədbirin aparıcısı Konstitusiya gününün yaranma tarixi haqqında məlumat verdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd etdi ki, əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında ötən əsrin 90–cı illərində dövlət təsisatların yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi.
Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin hakimiyyətlərin bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi. Təkcə bir faktı demək kifayətdir ki, Konstitusiyanın 158 maddəsindən 57-də və üç fəsildən birində insan hüquq və azadlıqları təsbit edilirdi ki , bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu təsdiq edirdi. Bu Heydər Əliyev konstitusiyası idi ki, onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmışdı. Bu ali sənəd ölkədə həyata keçirilən hüquqi – demokratik islahatlar üçün möhkəm bir təməl idi. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında da məhz, ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyası dayanır .
Daha sonra çıxış edən hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova Konstitusiya gününün tarixi haqqında geniş məruzə ilə çıxış etdi.
Digər çıxış edənlər professor, ictimai-siyasi xadim Şahlar Əsgərov və “İdrak” liseyinin direktoru Natəvan Alışova tədbir haqqında öz fikirlərini bölüşdülər.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi.