158 saylı körpələr evi-uşaq bağçasında Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
06 noyabr 2017 | 11:00
6 noyabr 2017-ci il tarixində 158 saylı körpələr evi-uşaq bağçası Ərazi İlk Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və partiyanın əməkdaşları iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı.
Tədbiri giriş nitqi ilə açan bağçanın müəllimi Arzu Quluzadə ilk öncə tədbir iştirakçılarını salamladı və Yeni Azərbaycan Partiyasının tarixi haqqında geniş məlumat verdi. O bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır.
Daha sonra Heydər Əliyevin səsləndirdiyi “Azərbaycan” şeiri slaydda nümayiş olundu.
Sonra uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edildi.
Tədbirin sonunda bağçanın müdiri Rəfiyyə Əsədova qonaqları salamladı və bu tipli tədbirlərin bağçasında keçirilməsindən məmnunluq hiss etdiyini bildirərək sözü qonaqlara verdi. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun salamlarını və təbriklərini çatdırdı. O qeyd etdi ki, partiya müstəqilliyimizin ilkin mərhələsində meydana gəlmişdir. O dövrdə bəlkə də heç kəs Azərbaycan gəncliyini bu qədər formalaşmış, mütəşəkkil təsəvvür edə bilməzdi. Lakin bu gün Azərbaycan gənci ölkəmizi istənilən sferada uğurla təmsil edirlər. Bu isə təbii ki, Ulu Öndər tərəfindən əsası qoyulmuş və Cənab Prezident tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir.
Sonda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının əməkdaşı Sevinc Əzimzadə bağçanın rəhbərliyinə və kollektivinə yubiley tədbirinin yüksək səviyyədə keçirildiyinə görə minnətdarlığını bildirdi və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar partiya üzvlərini təbrik edərək uğurlar arzu etdi.