Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.

16 noyabr 2017 | 11:00

2017-ci il noyabr  ayının  16-da,  Biləcəri qəsəbəsi, 284 saylı tam orta məktəbin akt zalında   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I müavini İlqar Süleymanovun  Biləcəri qəsəbə   sakinləri ilə  səyyar görüşü  keçirildi.Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri   iştirak edirdi.Biləcəri qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.Rayon İcra Hakimiyyəti başçısının I müavini İlqar Süleymanov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər