Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş Fəxrəddin Qurbanlının və Emin Bağırovun anım gününə həsr olunmuş tədbir keçirildi

05 aprel 2024 | 13:06

4 aprel 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş Fəxrəddin Qurbanlının və Emin Bağırovun anım gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdən öncə şəhidlərin məzarı ziyarət olundu, məzarı üzərinə əklil və gül dəstələri düzüldü.

Mərasimdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsinin və bələdiyyənin nümayəndələri, 179 və 182 № li tam orta məktəblərin müəllim və şagird kollektivi şəhidin əziz xatirəsini yad edərək valideynlərinə və yaxınlarına ehtiramlarını bildirdilər.

Daha sonra tədbir Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə davam etdirildi.

Tədbirdə şəhid ailələri, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, məktəbin direktoru Həqiqət Bayramova, müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbir torpaqlarımız uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Lakin bu Zəfərin addım səslərinin eşidildiyi, xalqın rəşadətli odusuna etimadının özünə qayıtdığı Aprel döyüşlərini heç bir zaman unutmaq olmaz. Çünki bu qələbəmiz xalqımızı torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına ruhlandırdı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, savaşa qalxdı və bununla da 30 illik həsrətimizə son qoyuldu. Aprel döyüşləri Axərbaycan ordusunun gücünü, qüdrətini, əzmini bütün dünyaya tanıdan, Xalq-Ordu-Rəhbər birliyinin möhkəmliyini, Azərbaycan xalqının heç bir zaman işğalla barışmayacağını bir daha təsdiqləyən şanlı qəhrəmanlıq səhifəsidir.

Sonda çıxış edən şəhid Fəxrəddin Qurbanlının valideyni Seyfəddin Qurbanov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Tədbir Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı musiqi və şeir kompazisiyaları ilə davam etdi.

Keçidlər