Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi rayon məktəblilərinin Lənkəran-Masallı-Astara rayonlarına səfəri başa çatdı.
19 noyabr tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi rayon məktəblilərinin Lənkəran-Masallı-Astara rayonlarına səfəri başa çatdı. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşıladılar.Qarşılanma mərasimində çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, turun keçirilməsində əsas məqsəd şagirdlərə ölkəmizin rayonlarını, tarixi abidələrini və muzeylərini daha da yaxından tanıtmaqdır.Valideynlər bu cür aksiyanın gələcək nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar. Aksiyanın təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Səfərdən böyük təəssüratla qayıtdıqlarını deyən məktəblilər isə belə aksiyaların onların dünyagörüşlərinə böyük təsir göstərdiyini dedilər.Sonda xatirə şəkilləri çəkildi.