Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində Ədliyyə işçilərinin peşə bayramı qeyd edildi.

21 noyabr 2017 | 11:00
Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin 11 Noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 Noyabr – Ədliyyə İşçilərinin peşə bayramı günü artıq 18 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. Binəqədi Rayon İcra Hakimiyyətində də Ədliyyə işçilərinin peşə bayramı qeyd edildi.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Rayon Ağsaqqallar şurasının sədri Akif Rəfiyev, Binəqədi rayon Prokuroru Nazim İmanov, Prokurorun müavini Elgiz Qənizadə, 11 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu İlqar Məmmədov, Binəqədi rayon İcra şöbəsinin rəis əvəzi İlham Həsənov, Sahə İnzibati Ərazi üzrə nümayəndələri, Bələdiyyə sədrləri iştirak etmişdirlər.Tədbirdən öncə Rayon İcra Hakimiyyəti inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gül qoyma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Ədliyyə Nazirliyinin yaranma tarixi, müstəqil Azərbaycan Respublikasındakı rolundan danışdı. “Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır”. Ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsi də məhz Ulu Öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyi müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla təkmil bir struktura çevrilmişdir.Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətdə yeri və rolu artmış, ona hüquq mühafizə orqanı statusu verilmişdir. Bu gün geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənmişdir.Daha sonra çıxış edən Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov tədbirin yüksək səviyyədə təşkil olunması ilə əlaqədar rayon rəhbərliyinə öz minnətdarlığını bildirmiş, əlamətdar gün ilə bağlı öz fikirlərini bölüşmüşdür.Növbəti çıxış üçün Azərbaycan Respublikası fəxri diplomu ilə təltif edilmiş, Əməkdar hüquqşünas, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri, Ağsaqqallar şurasının sədri Akif Rəfiyevə söz verildi. Akif Rəfiyev peşə bayramı ilə əlaqədar öz fikirlərini bildirdi.Tədbirdə Binəqədi Rayon Prokuroru Nazim İmanov və 11 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu İlqar Məmmədov da çıxış etdilər. Sonda RİH başçısının sərəncamı ilə 1 qrup ədliyyə əməkdaşına təşəkkür elan olunmuş, fəxri fərman və xatirə hədiyyələri təqdim edilmişdir.
 
 
 
 
 
 
 
Keçidlər