Binəqədi rayonundakı H.Babaşov küçəsindəki təcili tibbi yardımın yarımçıq qalmış qəzalı binasında məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi davam edir.
Azərbaycan Respublikasının birinci vitse-prezident xanım Mehriban Əliyevanın ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi dövlətimizin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının yüksək səviyyədə olmasından xəbər verir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.Bunun da 95 faizi son 13 ildə inşa edilib. Həmçinin bütün regionlarda qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınır. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.Noyabrın 10-da Binəqədi rayonundakı H.Babaşov küçəsindəki təcili tibbi yardımın yarımçıq qalmış qəzalı binasında məskunlaşmış məcburi köçkün ailələrinin Xətai rayonunda, Mehdiabad qəsəbəsində və Ramana qəsəsbəsində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı püşkatma tədbiri keçirilmişdir.Keçirilmiş püşkatmaya uyğun olaraq Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət komitəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin və kommunal xidmət təşkilatlarının nümayəndələrinın iştirakı ilə məçburi köçkünlər siyahıya uyğun olaraq mənzillərlə təmin edilmişlər. Köçürülmə prosesi davam edir.Yeni mənzillərə köçmüş bütün ailələr adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ölkənin I xanımı Mehriban Əliyevaya sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Əminik ki, Ali baş komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunduğu və köçgünlərimizin daimi yurd-yuvalarına qayıdacağı fotoları Sizlərə təqdim edəcəyik.