“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 8-ci mikrorayon ərazisində yaşayan gənclərlə görüş keçirildi.
18 noyabr 2017 | 11:00
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə 18 noyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 8-ci mikrorayon ərazisində yaşayan gənclərlə görüş keçirilmişdir.Görüşdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi rayon Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, 1 nömrəli SİƏD-in məsləhətçisi (mühəndis) Orxan Əlixanlı, Binəqədi bələdiyyəsi İctimai-humanitar sektorunun müdiri Kənan Qılıncxanov və gənclər iştirak etmişdir.Görüş zamanı gənclərə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər, rayonda aparılan abadlıq və quruculuq işləri haqqında məlumat verilmiş, gənclərin ölkənin ictimai-siyasi həyatında rolu, onların fəallığının artırılması mövzusunda maarifləndirmə işi aparılmışdır. Daha sonra gənclərin fikirləri dinlənilmiş, onlar tərəfindən qaldırılmış məsələlər üzrə zəruri tədbirlərin görüləcəyi bildirilmişdir.Qeyd edək ki, görüşdə 8-ci mikrorayon ərazisində yaşayan, eyni zamanda Bakı Humanitar Kollecində təhsil alan gənclər Kollecin tələbələrinin təqdimatında xeyriyyə konserti proqramının təşkilinə dəstək göstərilməsi və tələbələrlə görüşün keçirilməsi, ADA Universitetində təhsil alan tələbələr isə Binəqədi Gənclər Evində “Conversation club”un yaradılması kimi təkliflər səsləndirmişlər.