Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların Beynəlxalq Müdafiə günü qeyd edildi

02 iyun 2013 | 10:00

31 may 2013-cü il tarixdə 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı ailələrdən olan uşaqlar üçün “Atrium” əyləncə mərkəzində əyləncəli bayram tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşəndən və bütün dünya ictimaiyyəti tərəfindən təntənəli şəkildə qeyd olunmağa başlayandan  sonra ölkəmizdə uşaqlara qarşı qayğı və diqqət bir qədər də artmış, dövlət qurumlarının bu sahədə səyləri daha da genişlənmişdir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd  - Uşaq Hüquqları Müdafiəsi Haqqında  Konvensiya Beynəlxalq Demokratik  Qadınlar Federasiyanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1949-cu ildə qəbul edilib. O vaxtdan da dünyanın ayrı-ayrı ölkələrində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunmağa, bu münasibətlə müxtəlif tədbirlər keçirilməyə başlanıb. Sonrakı onilliklər ərzində Uşaq Hüquqları Haqqında Konvensiyaya qoşulan ölkələrin sayı artmaqda davam edib.
1991-ci il oktyabrın 18-də özünün dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox keçmədən 1992-ci ildə həmin konvensiyaya qoşulmuş 189 ölkədən biridir. 2002-ci ildə isə müstəqil Azərbaycan Respublikası Uşaq Hüquqları Haqqında Konvensiyaya iki əlavə protokola qoşularaq uşaq hüquqlarının daimi müdafiəsinə sadiqliyini bir daha təsdiq edib. Azərbaycanda 1999-cu ildə Uşaq Hüquqları Haqqında Konvensiyanın müddəalarına əsaslanaraq “Azərbaycan Respublikasının uşaq hüquqları haqqında” Qanunu qəbul edilib.
Hazırda Azərbaycanda əhalinin 29 faizini 18 yaşınadək uşaqlar təşkil edir. Onlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə  olunublar. İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fondunun uşaqlarla bağlı həyata keçirdiyi proqramlar və layihələr barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, dövlət başçısının bütün istiqamətlərdə olduğu kimi bu sahədə də həyata keçirdiyi siyasət müstəqil dövlətçiliyimizin inkişafına və gələcəyinə xidmət edir.
Vüsar İsmayılov rayonda uşaqların istirahəti, asudə vaxtlarının səmərəli təşkili və sağlam böyümələri üçün görülən işlərdən ətraflı danışaraq bu işlərin bundan sonra da davam etdirildiyini bildirdi.
Tədbirdə iştirak edən uşaqlar şən musiqi sədaları altında cizgi film qəhrəmanlarının, illyuziyaçıların, klounların göstərdikləri nömrələri maraqla izlədilər, həmçinin atraksionlardan istifadə edərək əyləndilər.
Həmçinin rayondakı 138 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında maraqlı rəqs nömrələri  nümayiş etdirildi.

.zit { position:relative; width:150px; height:97px; left:0px; top:0px; border:1px solid black; /* Apply a CSS3 Transition to width, height, top and left properties */ transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -webkit-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -o-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -moz-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; } *{list-style-image:none;} .zit:hover { width:400px; height:289px; left:15px; top:5px; z-index:9999; } .ZoomIt ul { clear:both; list-style-image:none; } .ZoomIt li { width:150px; height:97px; margin:10px; float: left; overflow:visible; display: block; list-style-image:none; } ul, menu, dir { display: block; list-style-type: none; -webkit-margin-before: 1em; -webkit-margin-after: 1em; -webkit-margin-start: 0px; -webkit-margin-end: 0px; -webkit-padding-start: 40px;
Keçidlər