Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsinin icrasına başlanıldı.

21 noyabr 2017 | 11:00

Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə Binəqədi rayon Gənclər və İdman İdarəsi, Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin birgə layihəsi olan “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsi çərçivəsində Kayseri Gənclik Mərkəzinin rəhbərliyi də daxil olmaqla, ümumilikdə 15 nəfərdən ibarət nümayəndə heyəti ölkəmizin qonağıdır.21 noyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə gələn qonaqları burada Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rəis müavini Sevinc Süleymanova, müəssisənin direktoru Sənan Əliyev, idarə və müəssisənin əməkdaşları qarşılayaraq,Türkiyəli gənclərin Azərbaycana, Binəqədiyə gəlişindən çox məmnun olduqlarını bildirdilər.Gənclər Evinin akt zalında rəsmi formatda keçən görüşdə çıxış edən natiqlər, Elvin Aslanov, Kayseri Gənclik Mərkəzinin rəhbəri Ali Karagöz, Kayseri Gənclik lideri Ali Karadeli layihənin aktuallığından, Türkiyə və Azərbaycan arasında olan qardaşlıq və doğma münasibətlərdən danışdılar.Sonra qonaqlar Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış oldular. Onlara burada fəaliyyət göstərən sosial xidmətlər, kurs və dərnəklər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verildi.Proqrama əsasən, qonaqlar ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət etdilər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinə öz hörmət və ehtiramlarını bildirdilər.Qeyd edək ki, 20-27 noyabr 2017-ci il tarixində gerçəkləşdiriləcək layihənin məqsədi iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin gələcək nəsillərə sağlam şəkildə çatdırılması, gənclərimiz arasında dialoqun inkişaf etdirilməsi, gənclər siyasəti sahəsində görülən işlərlə bağlı fikir mübadiləsinin aparılması və gələcəkdə birlikdə həyata keçiriləcək layihələrin müzakirə edilməsidir. Layihə Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclik mübadiləsi” proqramı çərçivəsində həyata keçirilir.

Keçidlər