Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya” məktəbində “Diplomatlar” Klubu layihəsi çərçivəsində “Ksenofobiya və Tolerantlıq” mövzusunda şagird və müəllim heyəti ilə görüş keçirildi.

22 noyabr 2017 | 11:00

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər Universitetinin “Dünya” məktəbində “Diplomatlar” Klubu layihəsi çərçivəsində “Ksenofobiya və Tolerantlıq” mövzusunda şagird və müəllim heyəti ilə görüş keçirildi.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İcraçı direktoru Oktay Səmədov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli və İndoneziya Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Husnan Bey Fanani iştirak etdi.Tədbirdə açılış nitqi ilə çıxış edən məktəbin direktoru Mərufə Mədətli qonaqları salamlayaraq onları tədbirdə görməkdən məmnunluğunu bildirdi. Sonra çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani çıxış edərək, ölkəsinin və xalqının azadlıq mübarizəsindən, eləcə də müstəqilliyin və birliyin qorunmasının əhəmiyyətindən danışdı. İkitərəfli əlaqələr barədə danışan səfir bu münasibətlərin ildən-ilə inkişaf etdiyini vurğulamışdır.Dövlət Komitəsinin Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Nicat Məmmədli “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda məruzə ilə çıxış etmişdir.Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında Fondun layihələrini daim dəstəklədiklərinə görə, rayon rəhbərliyinə minnətdarlığını bildirmiş və rəhbərlik etdiyi qurumun azərbaycanlıların həyat tərzi olan tolerantlıq ənənəsinin təbliği baxımından həyata keçirdiyi layihələrdən danışıb, bu çərçivədə görülən işlərin mahiyyətini diqqətə çatdırdı.Sonda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva səfiri və qonaqları salamlayaq, belə tədbirlərin əhəmiyyətindən danışdı. A.Əliyeva dərin tarixə malik olan Azərbaycanın tolerantlıq ənənəsi, dövlət və din arasındakı münasibət, həmçinin hökümətin din sahəsindəki siyasət ilə bağlı reallıqlar barədə məlumatların bölüşdürülməsinin əhəmiyyətli olduğunu bildirdi.İngilis dilində təşkil olunan debat formatında keçirilən tədbirdə multikulturalizmin və tolerantlığın Azərbaycan və İndoneziya nümunələri mövzusunda maraqlı fikir mübadiləsi aparıldı.Tədbirin sonunda xatirə şəkli çəkildi.

Keçidlər