Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.

23 noyabr 2017 | 11:00
2017-ci il noyabr  ayının 23-də,  Binəqədi  qəsəbəsi, Mərkəzi Mədəniyyət evinin akt zalında   Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun  Binəqədi qəsəbə   sakinləri  növbəti səyyar görüşü  keçirildi.Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri   iştirak edirdi.Binəqədi qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər