Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun rəhbərliyi ilə növbəti müşavirə keçirildi
2017-ci ilin noyabr ayının 23-də Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun rəhbərliyi ilə növbəti müşavirə keçirilmişdir.Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, “1646” - Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, İnzibati və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, onun tabeçiliyində olan Mənzil-Kommunal İstismar Sahələrinin və İstilik idarələrinin rəhbərləri iştirak etmişdir.Müşavirədə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, vətəndaşların narahat edən məsələlərin həlli istiqamətində əməli tədbirlərin görülməsi, onlara daima diqqət və qayğı göstərilməsi, rayon ərazisində yaşayış binalarına, məktəblərə, bağçalara və digər obyektlərə verilən istiliyə gündəlik nəzarət edilməsi, “Ümumrayon yaşıllaşma marafonu” çərçivəsində yaşıllıqların salınması və onlar qulluq göstərilməsi, məişət tullantıları konteynerlərinin ətraflarının müasir formada düzəlməsi geniş müzakirələr olundu və ciddi tapşırıqlar verildi.İclasın sonunda İ.Süleymanov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyevanın 23 noyabr 2017-ci il tarixdən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə keçirilməsini və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərinin icrasını müvəqqəti olaraq həmin nümayəndəliyin aparıcı mütəxəssisi Elşən İsgəndərova həvalə edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı.