Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyəli gənclər Binəqədi Rayon İcra Hakimiyyətinin qonağı oldular.

24 noyabr 2017 | 11:00
Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə Binəqədi rayon Gənclər və İdman İdarəsi, Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin birgə layihəsi olan “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsi çərçivəsində proqrama uyğun olaraq, 24 noyabr 2017-ci il tarixində layihə iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətində oldular.Burada onlar İcra Hakimiyyətinin inzibati binası və şöbələrin işi ilə tanış olmuş, Sakinlərin Müraciət Xidməti – 1646-nın iş fəaliyyəti barədə ətraflı məlumatlandırılmışlar.Sonra türkiyəli qonaqların Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə görüşü keçirilmişdir. Çox səmimi və mehriban şəraitdə keçən görüş zamanı qonaqlara ölkəmizdə, o cümlədən Binəqədi rayonunda həyata keçirilən gənclər siyasəti, bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verən Aygün Əliyeva, gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulamışdır. “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsinin aktuallığına toxunan natiq, bu cür tədbirlərin miqyasının böyüdülməsi və bundan daha çox gəncin faydalanmasının əhəmiyyətini nəzərə çatdırmışdır.Kayseri Gənclik Mərkəzinin rəhbəri Ali Karagöz və Kayseri Gənclik lideri Ali Karadeli Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə etmişlər.Sonda xatirə hədiyyələri təqdim olunmuşdur.
 
 
 
 
 
 
 
Keçidlər