Şriftin ölçüsü :

Saytın rəngi :

“Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsi Azərbaycan və Türkiyə dostluğuna gözəl töhfədir.

29 noyabr 2017 | 11:00
Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə Binəqədi rayon Gənclər və İdman İdarəsi, Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin birgə layihəsi olan “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsi çərçivəsində proqrama uyğun olaraq, türkiyəli gənclər Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində oldular.Layihə çərçivəsində Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Kompleksi, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu və «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğuna ekskursiyalar təşkil olunmuş, qonaqlara qədim və zəngin tariximiz, mədəniyyətimiz barədə ətraflı məlumatlar verilmişdir. 
 
 
 
 
 
 
Keçidlər