Şriftin ölçüsü :

Saytın rəngi :

Son həftə ərzində rayon ərazisində aparılan abadlıq-quruculuq işləri

02 iyun 2013 | 10:00

Həftə ərzində (27 may – 1 iyun) rayon ərazisində ümumilikdə 65 ünvanda  su axıntıları olan boruların və 3 nasosxananın təmiri aparılıb, 80 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
TM-7-də 1 ədəd 400A ayrıc dəyişdirilmişdir. 6-cı mikrorayon 819 saylı TM-dən 6 və 8 saylı binaların elektrik təchizatı yenidən qurulub. Elektrik paylayıcı lövhə 2 ədəd, 360 p/m kabel. Rayon ərazisində TM və KTM-lərin profilaktik təmir işləri aparılıb. M.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində 6 kv-luq hava xəttində cari təmir işləri görülüb (1200 p/m naqil AS-70). 
Binəqədi QİS ərazisində 1712,5 p/m qaz xətti çəkilib, 2000 p/m qaz xətti boyanıb, 218 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayon 2v, 5/13, 15/1, 11/37, 9/33 və 40 saylı yaşayış binalarının istilik xətlərində 12 ədəd siyirtmə təmir edilib, dik dayaqlarda d-25mm 13,5 p/m boru  dəyişdirilib.  8-ci mikrorayon 4a, 14, 24, 23a, 23v, 71, 34 və 187 saylı binaların istilik sistemində dik dayaqlarda d-89mm 15 p/m boru dəyişdirilib, 21 ədəd siyirtmə təmir edilib. Naxçıvani 4 və 2 saylı qazanxanalarda təmir işləri aparılıb. M.Cəlal 29, 31 saylı binaların istilik xəttində 8 ədəd siyirtmələr təmir edilib. A.Məmmədov 77, 79, 34 binaların istilik xəttində 12 ədəd siyirtmə təmir edilib. İ.Kazımovski 4, 4a, 15/2a saylı binaların zirzəmisində 6 ədəd siyirtmə təmir edilib. H.Babaşov küçəsi 2, 10, 13 saylı binaların zirzəmisində aşağı paylama xəttində d-80mm 9,5 p/m, d-63 4,2 p/m boru bərpa edilib, 2 ədəd siyirtmə dəyişdirilib. Biləcəri 536 saylı qazanxanada d-80 1 ədəd siyirtmə dəyişdirilib.
7-ci və 8-ci mikrorayon ərazilərində binaların 106 girişlərində təmir işləri davam etdirilir. 9-cu mikrorayon ərazisində həyətlərin işıqlandırılması üçün dirəklər quraşdırılıb, işlər davam edir. 24 p/m kanalizasiya  və 15 p/ m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Azadlıq 28, Naxçıvani 64, A.Gəraybəyli 31a və H.Babaşov küçəsi 20 saylı binanın qarşısında 5 ədəd xeyir-şər evinin tikintisi davam etdirilir.
24 binanın fasadında əsaslı təmir işləri davam etdirilir. 10 binada çardaqlı dam örtüyünün quraşdırılması davam etdirilir.
Həftə ərzində 6-cı və 7-ci mikrorayon ərazisində binaların damlarında 550 m2 yumşaq dam örtüyü təmir edilib.

Keçidlər