Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Yerli icra hakimiyyəti orqanlarında və onların sosial şəbəkələrində informasiya açıqlığı mövzusunda məlumat saatı keçirildi

30 noyabr 2017 | 11:00
30 noyabr 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalında”Yerli icra hakimiyyəti orqanlarında və onların sosial şəbəkələrində informasiya açıqlığı” mövzusunda məlumat saatı keçirildi.Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti (BRİH) başçısının müavini Aygün Əliyeva, Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, YAP Binəqədi Rayon Təşkilatının gəncləri, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər. Məlumat saatının ilk hissəsində, Binəqədi Rayon İcra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Asəf Şahalı oğlu Vəliyev 50 illik yubileyi və dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə Fəxri Fərmanla təltif edildi.Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısının müvafiq əmri ilə aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmiş Kənan Almaz oğlu Kərimov aparata təqdim edildi. Daha sonra Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “İnformasiyanın əldə edilməsi haqqında” qanunun məqsəd və vəzifələrini mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilməsi barədə çıxış etdi.Gündüz Osman Mehdi oğlu — "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidentidir. Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökümət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur. Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997-1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" - Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhzulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub. 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005-2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri. Mobil telefon və kompüter" kitablarının müəllifidir.Məruzəçi  informasiya açıqlığı üzrə vəziyyət, onun məqsədi və inkişafının təmin edilməsi mövzusunda iştirakçılara məlumat verdi.Eyni zamanda Yerli İcra Hakimiyyətlərinin saytlarının və sosial şəbəkələrinin təkmilləşdirilməsi istiqamətində tövsiyələrini qeyd etdi. Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırıldı.
 
 
 
 
 
Keçidlər