Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində "Ümumrespublika yaşıllaşdırma" layihəsi çərçivəsində “Yaşıl marafon ” adlı ağacəkmə aksiyası keçirildi.

02 dekabr 2017 | 11:00
2 dekabr 2017- ci il  tarixində Binəqədi rayonu Xocasən qəsəbəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində “Yaşıl marafon” adlı ağacəkmə aksiyası keçirilmişdir. Tədbirdə RİH başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın məsul şəxsləri, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Binəqədi rayon Xocasən bələdiyyəsi, MKTB-nin əməkdaşları, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları, iştirak etmişdilər. 300-ə yaxın insanın iştirak etdiyi aksiyada 1500 ədəd ağac əkilmişdir. Ağacəkmə Aksiyasının sonunda simvolik tort kəsilmiş və çay süfrəsi ətrafında aksiya xoş anlarla yekunlaşmışdır.Qeyd edek ki, Dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq zolaqlarının  genişləndirilməsi işinin Binəqədi rayonunda da əsas  proritet  istiqamətini təşkil etməsi, sağlam və təmiz ətraf mühitin yaradılmasının əsas təcəssümüsür.
 
 
 
 
 
 
 
 
Keçidlər