Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında partiyanın yaradılmasının 25 illiyi ilə əlaqədar keçirilmiş tədbirdə çıxış edən istedadlı gənclərin təltifedilməsi mərasimi keçirildi.
01 dekabr 2017 | 11:00
01 dekabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar keçirilmiş tədbirdə öz çıxışları ilə fərqlənən istedadlı gənclərin təltifedilməsi mərasimi keçirildi.Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov iştirakçıları salamlayaraq Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar rayon təşkilatı tərəfindən keçirilən silsilə tədbirlər və layihələr haqqında məlumat verdi. Bildirdi ki, silsilə tədbirlər çərçivəsində noyabr ayının 17-də rayon təşkilatı tərəfindən yekun tədbir keçirildi və partiyanın 25 illik yubileyi partiya fəallarının iştirakı ilə təntənəli şəkildə qeyd olundu. Təbii ki, yekun tədbirin yüksək səviyyədə keçirilməsində rayon təşkilatının rəhbərliyi və əməkdaşları ilə yanaşı partiya fəalları, rayonun istedadlı gəncləri, uşaqları da yaxından işturak etdilər. Bu mənada bütün partiya fəallarının və gənclərin əməyinin, zəhmətinin yüksək qiymətləndirildiyini bildirərək onlara təşəkkürünü bildirdi. Ramiz Göyüşovun sözlərinə görə partiyanın rayon təşkilatının və Binəqədi rayon rəhbərliyinin təşəbbüsü əsasında yekun tədbirdə uğurla çıxış edən istedadlı gənclərin Fəxri Fərman və mükafatla təltif edilməsi qərarı verilib. Ramiz Göyüşov çıxışının sonunda bütün təltif olunan gəncləri təbrik edərək onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.Tədbirdə nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Binəqədi rayon rəhbərliyinin istedadlı, xüsusi bacarığa malik olan gənclərə, yeniyetmə və uşaqlara daim diqqət göstərdiyini bildirdi. Bu cür gənclərin daha da fəallaşması, rayon tədbirlərində çıxış etmələri üçün səy göstərildiyini, onların yaradıcılıq uğurlarının, fəaliyyətlərinin bundan sonra davam etdirilməsi istiqamətində stimulverici addımların atıldığını diqqətə çatdırdı. Bu günkü tədbirin də məhz bu cür istedadlı şəxslərə növbəti etimad olduğunu bildirərək onların gələcək layihələrdə və tədbirlərdə uğurla təmsil olunması üçün səylə çalışılacağını bildirdi. Təltif olunan bütün gəncləri təbrik edərək onlara uğurlar arzuladı.Çıxış edən gənclər və onların valideynləri göstərilən etimadı görə Yeni Azərbaycan Partiyası və Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkürlərini bildirdilər.Tədbirin sonunda gənclərə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Fəxri Fərmanları və mükafatlar təqdim edildi.Qeyd edək ki, təltif olunanlar Binəqədi rayonunda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin, peşə və musiqi məktəblərinin şagird və tələbələridir.