Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Bakının Binəqədi rayonunda 298 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak etdi

07 iyun 2013 | 10:00

6 iyun 2013-cü il tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Binəqədi rayonu Biləcəri qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilən körpələr evi-uşaq bağçasının açılışında iştirak etdi.
298 saylı körpələr evi-uşaq bağçası “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına əsasən əsaslı təmir olunub. 1968-ci ildən istifadədə olan bağçada əsaslı təmir işlərinə ötən ilin iyun ayından başlanılmış və qısa zamanda sona çatdırılıb. Bağçada uşaqların ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür şərait yaradılıb.
1542 kvadratmetr sahəni əhatə edən ikimərtəbəli dörd bina tamamilə yenilənib. 230 yerlik uşaq bağçasının həyəti abadlaşdırılıb, yay aylarında uşaqların bağçanın həyətində istirahət edib əylənmələri üçün oyun meydançası salınıb, yelləncəklər, attraksionlar quraşdırılıb. Bağçanın həyətində iki min kv metr sahədə yaşıllıq salınıb, müxtəlif çiçəklər, gül kolları əkilib.
Bağçada 2-6 yaş arasında 12 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Burada müxtəlif nağıl qəhrəmanlarının obrazlarını yaratmaq üçün tamaşa zalı, səhnə quraşdırılıb. Bağçadakı tibb, mətbəx, yataq, dərs, yemək otaqları və ləvazimatları, məişət əşyaları, musiqi alətləri tamamilə yenilənib. Binanın girişində və dəhlizində müşahidə kameraları, yanğından mühafizə sistemi quraşdırılıb. Balacaların təlim-tərbiyəsi ilə 19 tərbiyəçi məşğul olur.
Görülən işlərdən razı qalan Mehriban xanım Əliyeva bağçanın kollektivinə uğurlar arzuladı. .zit { position:relative; width:150px; height:97px; left:0px; top:0px; border:1px solid black; /* Apply a CSS3 Transition to width, height, top and left properties */ transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -webkit-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -o-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -moz-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; } *{list-style-image:none;} .zit:hover { width:400px; height:289px; left:15px; top:5px; z-index:9999; } .ZoomIt ul { clear:both; list-style-image:none; } .ZoomIt li { width:150px; height:97px; margin:10px; float: left; overflow:visible; display: block; list-style-image:none; } ul, menu, dir { display: block; list-style-type: none; -webkit-margin-before: 1em; -webkit-margin-after: 1em; -webkit-margin-start: 0px; -webkit-margin-end: 0px; -webkit-padding-start: 40px;

Keçidlər