Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi şosesində gedən abadlıq-quruculuq işləri sürətlə davam etməkdədir.

05 dekabr 2017 | 11:00

Ümummili lider Heydər Əliyevin səsləndirdiyi bu fikirlər, ölkə başçısı cənab İlham Əliyevin əməli fəaliyyətində gerçək formasına sahib olur. Cənab Prezident ümummilli lider Heydər Əliyevin arzularına can verən, onu reallaşdıran alternativsiz liderdir. Bu gün istər havada, istər dənizdə, istər quruda Azərbaycanın imzası ilə uzanan bütün yollar uğura və inkişafa aparır. Bu uğur və inkişafın başlanğıcında isə tək bir insanın imzası möhürlənmişdir.Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şosesində yenidənqurma işləri davam etdirilir. Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metr olacaq.Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunub, kənarlarına isə səki daşları düzülüb. Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq. Yolun yenidən qurulması bir-neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.Qeyd edək ki,  Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 87 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, avtonəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Astara və Qazax istiqamətlərinə və əksinə çıxışı təmin olunacaq. Binəqədi şossesinin açılışı ilə əlaqədar olaraq həmin yolun ətrafında abadlıq və təmizlik işlərinin davam etdirilməsi məqsədilə rayon icra hakimiyyətinin məsul əməkdaşları artıq aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsinə başlamışdır. Hazırda aparılan abadlıq işləri çərçivəsində yolun kənarında yerləşən, memarlıq standartlarına uyğun gəlməyən və qəzalı vəziyyətdə olan təsərrüfat obyektlərinin təmir-bərpa işləri, fasadlarının betopan material ilə üzləməsi həyata keçirilir. Məlumat üçün bildirmək istərdik ki, illər boyu Binəqədi şossesində yol infrastrukturunun lazımı səviyyədə olmaması, yağış zamanı subasma hallarının olması sakinlərimizi əsas narazı salan səbəblərdən idi.  Əziz və dəyərli sakinlər artıq neçə müddətdir Binəqədi şosesində gedən abadlıq-quruculuq işləri sürətlə davam etməkdədir. Qısa zaman sonra yekunlaşacaq və xidmətinizə veriləcək yolun tamamlanmış layihəsini sizə təqdim edirik. Qoy bütün yollarınız sizi daima uğura aparsın.

Keçidlər