Ümummili lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “SƏN ELƏ BİR ZİRVƏSƏN!” adlı tədbir keçirildi.
11 dekabr 2017 | 11:00
11.12.2017- ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin inzibati binasında, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “SƏN ELƏ BİR ZİRVƏSƏN!” adlı tədbir keçirilmişdir.İlkin olaraq qonaqlar Ulu Öndərin sərəncamlarını özündə əks etdirən sənəd nümunələri və Ümummili lider Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi nadir və dəyərli şəxsi kitab nümunələri ilə tanış oldular. Daha sonra Heydər Əliyevin büstü önünə gül qoyuldu.Tədbiri Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin direktor səlahiyyətlərini icra edən Elmira Ələkbərova açaraq qonaqları salamladı. Elmira Ələkbərova Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi ilk aylardan arxiv idarəsini yaratmaqla bağlı sərəncam verməsinin Ümummili liderin xalqına və onun tarixinə verdiyi qiymətin bariz nümünəsi olduğunu dedi.Daha sonra çıxış üçün Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova söz verildi. Kərim Tahirov çıxışında Heydər Əliyevin bir fenomen olduğunu onun diqqətindən kənar heç bir sahənin olmadığını ifadə etdi. Kərim Tahirov qonaqlara Ulu Öndərin Milli kitabxanaya tez-tez gəlməsindən, kitabxana işçilərinə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açdı.Çıxış üçün söz verilən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində yaşadığını və yüzilliklər, minilliklər boyu Heydər Əliyev idealarının Azərbaycan xalqının dəyişməz istiqamət modeli olacağını dedi. Xatirələrdə silinməz və dərin məhəbbətlə möhürlənmiş şəxsiyyətin həyatını, onun fəaliyyətini öyrənmək, öyrətmək və əbədiləşdirmək hər birimizin üzərinə düşən ən mühim məsələ olduğunu bildirən Aygün Əliyeva, yaşamın istənilən anında Heydər Əliyev dühasının bizlərə daimi güc bəxş ediyini söylədi.Anım günü tədbirinin rəsmi hissəsi bitdikdən sonra, tədbir bədii hissə ilə davam etdirildi. Bədii hissə zamanı Ümummili liderin sevdiyi musiqiləri özündə əks etdirən ifalar ilə bərabər qonaqlara Heydər Əliyevə həsr edilmiş şeir və musiqi kompozisiyaları təqdim edildi.