Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin təmiri işlərinə başlanılıb.

13 dekabr 2017 | 11:00
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin təmiri işlərinə başlanılıb.Təmir işləri “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə və texnoloji aradıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.Uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir.Sözü gedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb vəhərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə 12 sm qalınlığında olmaqla yolun 12 min m2 ərazinin asflatlanması nəzərdə tutulub.Bundan başqa küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülür. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzüləcək.Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulacaq, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq.Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkiləcək.Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır.
 
 
Keçidlər