Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə “İnsan hüquq və azadlığı” mövzusunda tədbir keçirildi

08 iyun 2013 | 10:00

7 iyun 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 saylı tam orta məktəbin akt zalında “İnsan hüquq və azadlığı” mövzusunda tədbir keçirildi.
     İdarə, müəssisə və təşkilat rəhbərlərinin, hüquq mühafizə orqanları əməkdaşlarının və QHT nümayəndələrinin qatıldıqları tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramının təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunduğunu bildirdi.
     Eyni zamanda adı çəkilən Dövlət Proqramında Azərbaycan Respublikasında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması, həmçinin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulmaq, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları ilə bağlı öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər nəzərdə tutulduğunu diqqətə çatdırıldı.
      Tədbirdə rayon məhkəməsinin hakimi Abbas Rzayev, rayon prokurorunun müavini Ülvi Abbasov və AMEA-nın baş elmi işçisi Esmira Orucova çıxış edərək, dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər barədə danışdılar.

Keçidlər