Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin yanvar-noyabr ayları ərzində daxil olan vətəndaş müraciətləri haqqında hesabat

18 dekabr 2017 | 11:00

2017-ci ilin yanvar-noyabr ayları ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə 3198 müraciət (2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 110 vahid və ya 3,3% az) daxil olmuşdur.Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına daxil olmuş vətəndaş üraciətlərindən 2501-i ərizə (daxil olmuş müraciətlərin 78,2%-i, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 35 vahid və ya 1,4% az) və 696-sı (daxil olmuş müraciətlərin 21,7%-i 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 73 vahid və ya 9,5% az) şikayət və 1-i təklif olmuşdur.Müraciətlər daha çox 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 668 müraciət, Rəsulzadə qəsəbəsi üzrə 558 müraciət, Biləcəri qəsəbəsi üzrə 502 müraciət, Binəqədi qəsəbəsi üzrə 450 müraciət, 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 301 müraciət, Xocəsən qəsəbəsi üzrə 236 müraciət, 28 May qəsəbəsi üzrə 46 müraciət daxil olmuşdur.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 1220 (daxil olmuş müraciətlərin 38,1%-i), Milli Məclisdən 46 (daxil olmuş müraciətlərin 1,4%-i), Nazirlər Kabinetindən 86 (daxil olmuş müraciətlərin 2,7%-i) və digər qurumlardan 399 (daxil olmuş müraciətlərin 12,5%-i) müraciət daxil olmuşdur.Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2017-ci ilin yanvar-noyabr aylarında ümumilikdə 3962, o cümlədən, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 268 vətəndaş qəbul edilmişdir.

Keçidlər