“Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RƏHİM TAĞIYEV ZİRVƏSİ” sənədli filmin nümayişi ilə əlaqədar tədbir keçirildi
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF), Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH), Binəqədi rayon Gənclər və İdman İdarəsinin (BGİİ) və Azərbaycan Slavyan Gəncləri Assosiasiyası ictimai birliyinin (ASGA) birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evi sosial xidmətlər müəssisəsində “Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RƏHİM TAĞIYEV ZİRVƏSİ” adlı layihə çərçivəsində hazırlanmış filmin təqdimatı keçirilmişdir. Təqdimatda BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, BGİİ-nin rəisi Elvin Aslanov, ASGA ictimai birliyinin sədri Səbuhi Abbasov, ictimai birlikləri rəhbərləri, gənclər və ASAN könüllüləri iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə açan idarənin rəisi E.Aslanov qonaqları salamlayıb, tədbirin məzmunu ilə iştirakçıları tanış etdi. Çıxış edən ASGA ictimai birliyinin sədri S.Abbasov filmin ərsəyə gəlməsi barədə məlumat verdi və tədbirin təşkilində dəstək göstərən şəxslərə təşəkkürünü bildirdi. Daha sonra çıxış edən müdir müavini Ş.Gülverdiyev bildirdi ki, Azərbaycanın şanlı tarixinə yazılmış “Aprel döyüşləri” gələcək böyük zəfərlərimizin sadəcə bir başlanğıcı olmuşdur və xalqımız bu başlanğıc addımını atan qəhrəman oğullarımızı heç zaman unutmayacaqdır. Çıxışlar bitdikdən sonra film nümayiş olundu. Daha sonra film ətrafında diskussiya başlandı. Çıxış edən ictimai birliklərin rəhbərləri bu səpkidə filmlərin çəkilməsinin və gənclərə nümayiş etdirilməsinin təqdirəlayiq hal hesab olunduğunu bildirdilər.Qeyd edək ki, məlum film “Aprel döyüşləri” zamanı yaralanmış və qısa müddət sonra vəfat etmiş tank komandiri – Rəhim Tağıyevə həsr olunmuşdur.