Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəz”ində Yeni il ilə bağlı tədbir keçirildi.

25 dekabr 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi tərəfindən “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəz”ində Yeni il ilə bağlı tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev və komissiyanın Asan könüllüsü Aynel Əliyeva iştirak etmişlər. Tədbirdə müxtəlif şeirlər oxunmuş, rəqslər edilmiş, uşaqlar üçün sehrbaz tərəfindən şou göstərilmiş, şaxta baba və qar qızın iştirakı ilə uşaqlara bayram sovqatı verilmişdir.Yeni il Bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə, xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır.

Keçidlər