Binəqədi rayon ərazisində yerləşən “Atrium”əyləncə mərkəzində daun, talesemiya, autizm, hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirildi.
22 dekabr 2017-ci il tarixində Binəqədi rayon ərazisində yerləşən “Atrium”əyləncə mərkəzində Binəqədi rayon İcra Hakimiyyəti Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı, "FAB Boya və Kimya Sənayesi MMC" nin birgə təşkilatçılığı ilə daun, talesemiya, autizm, hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir.Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva xəstəlikdən əziyyət çəkən uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşdırılıb.Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi xüsusi diqqət daha geniş şəkildə ölkəmizdə vüsət almağa başlayıb. Artıq bu qayğı kütləvi xarakter daşıyır. Natiq hər iki əlamətdar bayramın uşaqlarla birlikdə keçirilməsinin, həmin uşaqlara bayram abu-havasını yaşatmaq, onların sevincinə səbəb olmağın önəmindən danışdı.Tədbir müxtəlif əyləncəli şou-proqram, Nuray Rəhmanın ifaları və "Star Kids" MMC nin moda nümayişi ilə davam etdirildi.