Binəqədi rayon ərazisində yerləşən 138 saylı körpələr evi-uşaq bağçasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirildi
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, 283 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova iştirak etmişdir.Tədbiri giriş sözü ilə 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Seyranə Qasımova açıq elan etdi. Seyranə xanım ölkədə uşaqlara diqqət və qayğının ən üst səviyyədə olduğunu və bu qayğının dövlətin əsas proritet istiqaməti olduğunu bildirdi. Azərbaycanın gələcəyi olan körpələrin inkişaf etdirilməsi məsələsinin ölkəmizdə ən gözəl şəkildə həyata keçirildiyini dedi.Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov çıxışının əvvəlində valideyinləri və körpələri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdi . O, Ümummili lider Heydər Əliyevin Həmrəylik arzusunun tam anlamında yerinə yetdiyini, ölkə başçısı İlhm Əliyevin timsalında dünyanın hər yerində yaşayan Azərbaycanlıların eyni amal üçün birləşdiyi fikrini səsləndirdi. 283 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqlara xüsusi diqqət və qayğının olduğunu bildirdi. Üzümüzə gələn 2018-ci ildə uğur və inkişafın davam edəcəyinə inandığını bildirdi.Bundan sonra sıra ilə valideyinlər də bayramlar münasibəti ilə öz təbriklərini çatdırdılar, ölkəmizdə uşaqlara olan diqqət və qayğıdan danışdılar.Daha sonra bədii hissə üçün söz 138 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarına verildi.Uşaqların ifasında müxtəfil səhnəcik, rəqs, mahnı nümunələri ilə tədbir davam etdirildi.