Şriftin ölçüsü :

Saytın rəngi :

29 Dekabr 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə iclas keçirildi.

29 dekabr 2017 | 11:00

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyə sədrləri iştirak etmişdir. İclası giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son aylarda görülən işlərdən danışdı və növbəti ildə  görülməli olan məsələlər haqqında öz tapşırıqlarını verdi. İclasda 2017-cı ildə Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla birlikdə görülmüş işlərə nəzər salındı, ayrı-ayrı idarə, müəssisə və təşkilatların fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar barədə ətraflı müzakirə aparıldı. Natiq Binəqədi yolunda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Azadlıq prospektinin Binəqədi rayonundan keçən hissəsi və Binəqədi şossesinin yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərində fəallıq göstərən qurumların rəhbərliyinə öz təşəkkürünü bildirdi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə  iclas iştirakçılarını təbrik edərək ən xoş arzularını çatdırdı.

Keçidlər