Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon ərazisində yerləşən 76 saylı körpələr evi-uşaq bağçasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir.

28 dekabr 2017 | 11:00
28.12.2017-ci il tarixində Binəqədi rayon ərazisində yerləşən 76 saylı körpələr evi-uşaq bağçasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov iştirak etmişdir.Tədbiri giriş sözü ilə 76 saylı körpələr evi-uşaq bağçasının müdiri Ilahə Kərimova açıq elan edərək xalqımızın böyük bayram abu-havasına büründüyünü və bunun əsas səbəbin uğurlu inkişaf olduğunu söylədi.Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov çıxışının əvvəlində valideyinləri və körpələri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə  təbrik etdi . O, cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını Azərbaycan xalqının rifah və rahatlığı olduğunu bildirdi.Çıxışlardan sonra  bədii hissə üçün söz 76 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarına verildi.Uşaqların ifasında müxtəfil səhnəcik, rəqs, mahnı nümunələri ilə tədbir davam etdirildi.
 
 
 
 
Keçidlər