Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 31 Dekabr - “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirildi.
Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin dəstəyi ilə 31 Dekabr - “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin təsisçisi Nigar Bayramlı, ASAN könüllüsü Bahar İsmayılova, komissiyanın qeydiyyatında olan uşaqlar və onların himayəçiləri iştirak etmişlər.Tədbirdə uşaqlar şən musiqi nömrələrinin sədaları altında rəqs etdilər. Sonda uşaqların “Şaxta baba”ya yazdıqları məktublar oxundu və uşaqların arzularına uyğun hədiyyələr onlara təqdim olundu.