Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 274 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi

07 iyun 2013 | 10:00

6 iyun 2013-cü il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 274 körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi.
274 saylı körpələr evi-uşaq bağçası “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına əsasən əsaslı təmir olunub. 1992-ci ildən istifadədə olan bağçada əsaslı təmir işlərinə ötən ilin sentyabr ayından başlanılmış və qısa zamanda sona çatdırılıb. Bağçada uşaqların ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür şərait yaradılıb.
937  kvadratmetr sahəni əhatə edən ikimərtəbəli iki bina tamamilə yenilənib. 140 yerlik uşaq bağçasının həyəti abadlaşdırılıb, yay aylarında uşaqların bağçanın həyətində istirahət edib əylənmələri üçün oyun meydançası salınıb, yelləncəklər, attraksionlar quraşdırılıb.
Bağçada 2-6 yaş arasında 7 qrup fəaliyyət göstərir. Burada müxtəlif nağıl qəhrəmanlarının obrazlarını yaratmaq üçün tamaşa zalı, səhnə quraşdırılıb. Bağçadakı tibb, mətbəx, yataq, dərs, yemək otaqları və ləvazimatları, məişət əşyaları, musiqi alətləri tamamilə yenilənib. Binanın girişində və dəhlizində müşahidə kameraları, yanğından mühafizə sistemi quraşdırılıb. Balacaların təlim-tərbiyəsi ilə 13 tərbiyəçi məşğul olur.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov iştirak edirdilər.

.zit { position:relative; width:150px; height:97px; left:0px; top:0px; border:1px solid black; /* Apply a CSS3 Transition to width, height, top and left properties */ transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -webkit-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -o-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; -moz-transition: width 0.3s ease,height 0.3s ease,left 0.3s ease,top 0.3s ease; } *{list-style-image:none;} .zit:hover { width:400px; height:289px; left:15px; top:5px; z-index:9999; } .ZoomIt ul { clear:both; list-style-image:none; } .ZoomIt li { width:150px; height:97px; margin:10px; float: left; overflow:visible; display: block; list-style-image:none; } ul, menu, dir { display: block; list-style-type: none; -webkit-margin-before: 1em; -webkit-margin-after: 1em; -webkit-margin-start: 0px; -webkit-margin-end: 0px; -webkit-padding-start: 40px;

 

Keçidlər