Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
10 yanvar 2018-ci il tarixdə 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov və qəsəbə sakinləri iştirak etdilər. Hesabat yığıncağını giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışdı.Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlipaşa Xankişiyev 2017-ci il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdi.Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. V.İsmayılov sonra qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Daha sonra Ölkə Prezidentinin tapşırıqlarına müvafiq olaraq Binəqədi rayonunun Azadlıq prospekti, Binəqədi şossesi və digər ərazilərində gedən abadlıq və quruculuq işlərindən geniş və ətraflı danışan V.İsmayılov yekunda qəsəbə sakinlərinin maraqlandıran sualları cavablandırdı.Sonda 2017-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəsinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.