Binəqədi rayonunda Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirildi.
16 Yanvar 2017 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corc Enesku adına parkda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir. Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Bu tarixin Rumıniyanın mədəniyyət günü kimi seçilməsində xüsusi önəm vardır. Belə ki, Mihai Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə, Rumıniya mədəniyyətinin “dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur. Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Moldova dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri George Leuke, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbə müdirinin müavini Şəmsi Gülverdiyev, RİH Aparatının məsul əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva, Binəqədi Rayon bələdiyyəsinin əməkdaşları və səfirliyin nümayəndələri iştirak etmişdirlər. Əvvəlcə Rumıniya və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirildi. Sonra tədbir iştirakçıları tanınmış rumın bəstəkar Corc Enescunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoydular.Tədbiri açıq elan edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək iki ölkə arasında olan dostluq münasibətlərindən danışdı. O dedi ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir o cümlədən, yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirdi.Səfirdən sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iki ölkə arasında olan dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd etmişdir.Çıxışlardan sonra şairə, Rumıniya səfirliyinin əməkdaşı Fəridə Hacıyeva Corc Eneskunun Azərbaycan dilinə tərcümə etdiyi şeirlərini səsləndirdi. Son olaraq abidənin önündə xatirə fotosu çəkdirilmişdir.