Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

19 yanvar 2018 | 11:00
Yanvarın 19-da Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20  Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanıldı . Tədbirin aparıcısı, bədii qiraətçi Şirzad Pirallahı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının qəlbində və tariximizdə 20 Yanvar şəhidlərinin tutduqları əvəzssiz yerdən danışdı. “20 Yanvar” Cəmiyyətinin rayon şöbəsinin sədri Mübariz İsmayılov , 20 Yanvar əlili Canpolad İsmayılov  çıxış edərək 20 Yanvar faciəsindən 28 il ötməsinə baxmayaraq həmin tarixin  əbədi olaraq xalqımızın qəlbində qalacağını, bu şanlı tarixin müstəqillik yolunda atılmış ən böyük addım olduğunu bildirdilər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov  vurğuladı ki,  həmin dövürdə Azərbaycan xalqı olduqca böyük və ağrılı günlər yaşayırdı .Lakin xalqın xilaskarı, vətəninin böyük oğlu Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan yox olmaq, dağılmaq risklərindən xilas olmaqla bərabər  öz inkişaf yolunu müəyyənləşdirdi. Onun laiqli davamçısı Ali baş komandan, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı daha da güclü və qüdrətli ölkəyə çevirdi. Vüsal İsmayılov bildirdi ki, indi Azərbaycanın güclü ordusu var və ordumuz yaxın zamanlarda yeni-yeni qələbələrlə şəhidlərimizin müqəddəs ruhlarını şad edəcək. Natiq Ölkə başçısı İlham Əliyev , ölkəmizin I vitse prezidenti Mehriban xanım Əliyevanın hər sahəyə göstərdiyi xüsusi diqqət və qayğının  20 Yanvar şəhidlərinin ailələrini  də əhatə etdiyini və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görüldüyündən danışdı . Daha sonra tədbirdə “ Bakı Kölgə ” teatırının ifasında “ Azadlığa gedən yol – 20 Yanvar “ kompazisiyası təqdim edildi. Şirzad Pirallahının ifasında Vətənpərvərlik şeirləri səsləndirildi .Tədbir Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyevin ifasında “Ulu Torpaq”  vətənpərvərlik mahnısı sədalarında başa çatdı. Anım mərasimi bitdikdən sonra tədbir iştirakçıları və rayon ictimaiyyəti “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna öz ehtiramlarını bildirdilər.
 
 
 
 
Keçidlər