Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə “Xəmsə” Milli İntellektual Oyunu keçirildi.

26 yanvar 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24-26 yanvar 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrasına uyğun olaraq və 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.“Xəmsə” Milli İntellektual Oyununun aparıcısı Elmidar Süleymansoyun komandaları oyunun qaydaları ilə tanış etməsindən sonra intellektual yarışmaya start verilmişdir.  Ümumilikdə 32 orta ümumtəhsil məktəbinin iştirak etdiyi intellektual oyunda 217 №-li tam orta məktəbin komandası I, 182 №-li tam orta məktəbin komandası II, 179 №-li tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova oyunun mükafatlandırılması mərasimində çıxış edərək, 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə gəncləri təbrik etmiş, onlara təhsildə uğurlar və yüksək nailiyyətlər qazanmağı arzulamışdır. Sonda qalib komandalar diplom, medal və kubok ilə mükafatlandırılmışlar.

 

 

Keçidlər