Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Humanitar Kollecində 2 Fevral - “Azərbaycan Gəncləri Günü” qeyd edildi.

02 fevral 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 yanvar 2018-ci il tarixində 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə Bakı Humanitar Kollecinin tələbə və gənc müəllimləri ilə görüş keçirildi.Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Bakı Humanitar Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Afaq Əliyeva, Pedaqogika şöbəsinin müdiri Talıb Zülfiyev iştirak etmişlər.Kollecin foyesində tələbələrin əl işlərindən ibarət sərgi ilə tanışlıqla başlayan görüş zamanı 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə gəncləri təbrik edən Elvin Aslanov və Fəsli Nəbiyev bu mühüm günün yaranması tarixindən, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən danışdılar.Sonra Bakı Humanitar Kollecinin bir qrup müəllimi gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi sahəsində xidmətlərinə, bir qrup tələbəsi isə 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə və tədris ili ərzində mədəniyyət və incəsənət sahəsində nailiyyətlərinə görə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərmanlarla təltif edildilər.

Keçidlər