Şriftin ölçüsü :

Saytın rəngi :

21 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı və 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

22 dekabr 2023 | 20:01

21 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 9-cu mikrorayon M.Cəlal küçəsi-105 ünvanında yerləşən binanın 5-ci girişində liftin yenisi ilə əvəz olunması; 9-cu mikrorayon M.Cəlal küçəsi-105 ünvanının əhatəsində sahibsiz heyvanların yığışdırılması və qeyd olunan ünvanda yerləşən binaya verilən istiliyin dərəcəsinin artırılması; 9-cu mikrorayon A.Məmmədov küçəsi-56 ünvanının həyətində söhbətgahın quraşdırılması; 6-cı mikrorayon S.Məmmədov küçəsi-201 ünvanında yerləşən binanın girişlərinin və zirzəmisinin dezinfeksiya olunması və qeyd olunan ünvanın ərazisində mövcud işıq dirəklərində lampaların yenisi ilə əvəz olunması; 9/A saylı mikrorayon M.Cəlal küçəsi-3 ünvanında yerləşən binanın zirzəmisində kanalizasiya xəttlərinin təmiri; 6-cı mikrorayon R.Behbudov küçəsi-1/b ünvanında açıq havada olan istilik xəttlərinin izolyasiya olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər