Şriftin ölçüsü :

Saytın rəngi :

21 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

22 may 2024 | 16:23

21 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 157 saylı məktəbin qarşısı, M.Cəlal küçəsi 105 ünvanı və Zərifə Əliyeva adına parkın ətrafında sahibsiz heyvanlarının yığışdırılması, M.Cəlal küçəsi 89 saylı binanın qarşısında söhbətgahın quraşdırılması, A.Məmmədov küçəsində asfalt örtüyünün bərpa edilməsi, M.Cəlal küçəsi 29 ünvanında Azəristilik ASC tərəfindən aparılan qazıntı işlərinin sonra sıradan çıxmış asfalt örtüyünün bərpası, İ.Həşimov küçəsi 205B ünvanında zirzəminin və girişlərin dezinfeksiya olunması, H.Babaşov küçəsi 16 ünvanında suyun təzyiqinin artırılması və suyun verilmə qrafikinin uzadılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər